Logo

BANM-in “Sinerji” Elmi Müzakirələr Klubunun növbəti görüşü keçirilib

28.10.2022 21:47 637 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) “Sinerji” Elmi Müzakirələr Klubunun növbəti görüşü keçirilib. 

Tehsil.biz xəbər verir ki, BANM-in Neft-qaz mühəndisliyi kafedrasının müəllimi, professor Fuad Vəliyev “Qlobal energetik və ekoloji problemlər” mövzusunda məruzə ilə çıxış edib.

Bəşəriyyətin ən ciddi və aktual problemlərindən olan qlobal energetik və ekoloji problemlərə diqqət çəkən professor bu problemləri yaradan faktorlar, ekoloji vəziyyət, ekosistemə təsiri barədə danışıb.

Fuad Vəliyev ekoloji status, iqlim dəyişikliyi, enerji resurslarının tükənməsi, kənd təsərrüfatı üçün istifadə olunan torpaqların aşınaraq sıradan çıxması və şirin su çatışmazlığında kəskin pisləşmə proseslərinə, qlobal enerji çatışmazlığının gələcəkdə yaradacağı fəsadlara toxunub. BANM-in professoru qlobal energetik və ekoloji problemlərin həlli üçün effektiv üsullardan istifadə olunması, bu problemlərin aradan qaldırılması imkanlarından da bəhs edib. 

Xəbər lenti